Satılır 3 otaqlı yeni tikili 120 m², Xətai r.
XƏTAİ RAYONU, GÜNƏŞLİ, 35-Cİ POLİS BÖLMƏSİNİN YANINDA 3 OTAQLI MƏNZİL SATILIR
Xətai rayonu, Günəşli ərazisində, 35-ci Polis Bölməsinin yanında yerləşən 16 mərtəbəli yeni tikili binanın 11-ci mərtəbəsində yerləşən, qanuni 3 otaqlı, ümumi sahəsi 120 kv.m geniş və işıqlı mənzil satışa təqdim olunur.
Mənzil yüksək keyfiyyətlə təmir olunub. Təmir zamanı keyfiyyətli materiallardan istifadə edilib, döşəmədə parket, otaqlarda taxta qapılar quraşdırılıb. Eyvan təmirli və tam bağlıdır.
Mənzildə qaz, su və işıq daimidir. Təhlükəsizlik sistemi quraşdırılıb və mənzil evdə olmadığınız zaman mühafizə mərkəzinin nəzarətində olur. Bina 7/24 kamera nəzarətindədir.
Binada 2 lift fəaliyyət göstərir. Sakinlərin rahatlığı üçün bağlı həyət mövcuddur. Uşaqların rahat istirahəti üçün təhlükəsiz şərait yaradılıb. Binanın istifadəyə yararlı qarajı və qarşısında əlavə parking ərazisi yerləşir.
Ətraf ərazidə məktəblər, marketlər və gündəlik tələbat üçün digər obyektlər mövcuddur.
Mənzil geniş sahəsi, keyfiyyətli təmiri və əlverişli yerləşməsi ilə rahat ailə yaşayışı üçün ideal seçimdir.
Real alıcıya qiymətdə razılaşma olacaq.